Sürpriz səfər: Trampın məsləhətçisi Moskvaya gəldi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın məsləhətçisi Rusiya paytaxtına səfər edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Karter Peycin Moskvada bir sıra görüşləri gözlənilir.

"Mən tanınmış biznesmenlər və ideya liderləri ilə görüşəcəyəm. Dekabrın 13-nə qədər Moskvada olacağam", - deyə Peyc qeyd edib.

Səfər öncəsi Karter Peyc bildirib ki, Donald Trampın administrasiyasında Rusiya-ABŞ münasibətlərini ən yüksək səviyyəyə çatdırmaq potensialı olan insanların təmsil olunması lazımdır. O əlavə edib ki, iki ölkə arasında dialoq prezident Vladimir Putinin etibarı olmadan baş tuta bilməz.

Qeyd edək ki, Peyc vaxtilə Moskvada Merill Lynch invest-bankında çalışıb. İyul ayında ABŞ KİV-ləri onun Moskvaya səfərləri barədə yazıb və əsas diqqəti Peycin tələbələr və jurnalistlər qarşısındakı çıxışlarında Vaşinqtonun Rusiya siyasətini tənqid etməsinə yönəldiblər. ABŞ-ın xüsusi xidmət orqanları isə Peyci izlədiklərini açıq bildiriblər.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR