İsmayıllıda 2300 il yaşı olan kərə yağı saxlanılır
İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyində maraqlı bir eksponat saxlanılır. Bu, 2300 il yaşı olan kərə yağıdır.
Adətən muzeylərdə qədim zamanlarda hazırlanan silah növləri, məişət əşyaları, qablar, qədim pullar və digər müxtəlif tarixi eksponatlar saxlanılır. İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyini digərlərindən fərqləndirən cəhət məhz burada saxlanılan qədim kərə yağıdır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Mollaisaqlı kəndi ərazisindən tapılan və 2300 il əvvəl hazırlanmış kərə yağı hazırda bu muzeydə mühafizə edilir.
Eramızdan əvvəl III-I əsrlərə aid olan bu kərə yağı arxeoloji qazıntılar zamanı aşkarlanıb. Bu, nəinki Azərbaycanın digər muzeylərində, heç dünya muzeylərində də rast gəlinməyən eksponatlardandır. Kərə yağı İsmayıllı rayonunun Mollaisaqlı kəndində qədim yaşayış evinin zirzəmisində aparılan arxeoloji qazıntılar zamanı saxsı küpün içərisindən tapılıb.
Küpün içərisindən çıxarılan yağın tərkibi öyrənilib və onun e.ə. I minilliyə aid olduğu və təmiz kərə yağı olduğu müəyyənləşdirilib. Muzeyə gələn yerli və xarici turistlərin diqqətini daha çox çəkən eksponat da məhz bu kərə yağıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər