Dollar sabit qaldı, avro bahalaşdı - GÜNÜN MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 7-si ilə müqayisədə dəyişməyərək 1,7369 manat təşkil edib.
 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8716 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1974 manatdır. Beləliklə, funt sterlinqin azalması müşahidə edilir.

Rusiyanın milli valyutası rubl, həmçinin Türkiyə lirəsi dəyər qazanıb. Hazırda 1000 rubl 27 manat 40 qəpik, 100 türk lirəsi isə 51 manat 31 qəpikdir. 


Gürcüstan larisi ucuzlaşaraq 67 manat 72 qəpik olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR