Neft ucuzlaşır, Putin hasilatı azaltmağa göstəriş verdi
Birjalarda “Brent” markalı neft ucuzlaşmaqda davam edir. Son 24 saat ərzində bu markadan olan neftin bir barelinin maksimum qiyməti 54,16 dollar olub, səhər saatlarında isə qiymətlər 53,05 dollaradək enib. Qərbi Texas neftinin qiyməti də iki həftəlik fasilədən sonra 50 dollardan ucuz olub. Hazırda WTİ neftinin bir bareli 49,91 dollardan təklif olunur.
Neftin ucuzlaşmasına səbəb OPEK daxilində hasilatın azaldılmasına dair razılaşmaya şübhələrin yaranmasıdır. Amerika Neft İnstitutu ölkənin neft və benzin ehtiyatlarının ötən həftə 2 milyon barel azaldığını açıqlasa da, qeyri-rəsmi hesab olunan bu açıqlama bazara təsir göstərməyib. Rusiya prezidenti Vladimir Putin isə neft şirkətlərinin rəhbərlərinə hasilatı azaltmaq barədə şəxsən göstəriş verib. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident OPEK-lə əldə olunan konsensusa əsasən bu qərarı aparıcı neft şirkətləri ilə şəxsən razılaşdırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər