Gəncədə 27 yaşlı qadını evində öldürdülər

Gəncədə qətl hadisəsi törədilib. APA-nın məlumatına görə, hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzildə baş verib.

 

Mənzildə yaşayan 1989-cu il təvəllüdlü Səadət Verdiyeva boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Qadının kim tərəfindən və niyə öldürüldüyü hələlik məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR