Cəlilabadda qanunsuz ov edənlər tutuldu, sənədsiz silah tapıldı
Cəlilabadda qanunsuz ov edən şəxslərə qarşı reyd keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, reyd Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə iştirakı ilə Mahmudçala ovçuluq təsərrüfatında təşkil olunub.
Reyd zamanı qanunsuz ovla məşğul olan Cəlilabad rayon sakinləri Asif Soltanov, Tahir Məmmədov və İnşallah Həsənov saxlanılıblar. Araşdırmalar zamanı onların heç birində ov etmək üçün lisenziya sənədinin olmadığı müəyyənləşdirilib.
Ovlanmış 25 baş gərəf, 8 baş çöl ördəyi müsadirə edilib.
Saxlanılan Tahir Məmmədovun üzərindəki ov tüfənginin də heç bir yerdə qeydiyyatda olmadığı məlum olub.
Hər üç şəxsin inzibati qaydada cəzalandırılması məqsədilə protokol tərtib olunub. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər