Rusiyaya qarşı sanksiya uzadıldı: bu ölkədə idman yarışları olmayacaq
Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman tədbirlərinin keçirilməsi ilə bağlı Rusiyaya sanksiyaları uzadıb. APA TV-nin məlumatına görə, sənədə əsasən BOK Rusiyada hər hansı idman tədbirləri və yarışlarına dəstək verməyəcək.
Təşkilat həmçinin qış idman növləri üzrə beynəlxalq federasiyaları Rusiya ərazisində yarışlara hazırlığı dayandıraraq, alternativ məkan axtarmağa çağırıb.
Sanksiyalar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iyulun 19-da Ümumdünya antidopinq agentliyi (WADA) komissiyasında Riçard Maklarenin Rusiya idmançılarının Soçi Olimpiadasında dopinq qaydalarını pozduğuna dair məruzəsindən sonra tətbiq edilib.
Riçard Maklarenin Rusiya idmanında dopinq problemi ilə bağlı məruzəsinin ikinci hissəsi dekabrın 9-da təqdim ediləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər