Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, sağ qalan olmadı
Göyərtəsində 47 nəfərin olduğu təyyarə Pakistanın Havelian şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 42 sərnişin, 5 heyət üzvü olub. Sərnişinlərdən 31-inin kişi, 9-unun qadın, 2-sinin uşaq olduğu bildirilir.
Xilasedicilər indiyədək “Pakistan İnternational Airlines” hava yolları şirkətinin təyyarəsinin qəzaya uğradığı yerdən indiyədək 36 nəfərin meyitini aşkarlayıblar. Xilasetmə işləri davam etdirilir. Əməliyyatda 500 hərbçi iştirak edir.
Təyyarə qəzasının səbəbləri barədə hələlik məlumat yoxdur. Mülki Aviasiya Xidməti təyyarədəkilər arasında sağ qalanların olduğunu istisna edib və qəzanın səbəbinin aparılan araşdırmalardan sonra məlum olacağını bildirib. İlkin məlumata görə, qəzaya təyyarənin mühərrikindəki nasazlıq səbəb olub. Bu problem əvvəlcədən də məlum imiş. Belə ki, 10 ildən çoxdur istismar edilər ATR-42 təyyarəsi nasaz olub.
Təyyarə Çitral şəhərindən havaya qalxıb və İslamabadda eniş etməli idi.
Təyyarə qəzası nəticəsində ölənlər arasında Pakistanın tanınmış müğənnisi Cunahid Cəmşid də olub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər