Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi, Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario David və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın Azərbaycana səfərinin səmərəli və maraqlı keçəcəyinə, bu səfərin əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
A.Pastrana qurumun həyata keçirdiyi işlər barədə məlumat verib.
Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər