İŞİD Türk ordusuna hücum etdi: şəhid və yaralılar var

Suriyada "Fərat qalxanı" hərəkatını həyata keçirən türk ordusuna İŞİD terrorçuları hücum edib. APA TV-nin məlumatına görə, Əl Bab yaxınlığında baş verən hücum nəticəsində bir hərbçi şəhid olub, 6-sı yaralanıb.


Xüsusi təyinatlılar taborunun  yerləşdiyi bölgəyə bomba yüklü avtomobillə hücum edilib. Partlayışdan sonra döyüş baş verib. Bir hərbçi şəhid olub, 6 hərbçi yaralanıb. Hücum nəticəsində Azad Suriya Ordusundan da yaralıların olduğu bildirilir.

 

Yerli mənbələr bölgədəki döyüşlərin hələ davam etdiyini qeyd edib. Yaralılar sərhədə gətirilərək Kilis və Qaziantepdəki xəstəxanalara yerləşdirilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində 23 İŞİD terrorçusu öldürülüb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR