Zaqatalada toydan çıxan kişini maşın vurdu

Zaqatalada toy məclisindən çıxıb evə gedən kişini maşın vurub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gecə saat 21.00 radələrində Zaqatala şəhərində fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib.

 

Zaqatala rayonunun Mamrıx kənd sakini, 1973-cü il təvəllüdlü Şaban Məhəmməd oğlu Şıxıyev şadlıq sarayındakı toy məclisindən çıxıb evə getmək istəyən zaman Yuxarı Tala kənd sakini İsayev Şahid Ömər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 34 BB 930 dövlət nömrə nişanlı avtomobillə vurulub.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 43 yaşlı kişi təcili olaraq Zaqatala  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan bildirilib ki, Şaban Şıxıyevə ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR