Trampdan sürpriz addım: milyarder bütün səhmlərini satdı

ABŞ-ın yeni seçilmiş prezidenti, milyarder Donald Tramp sahib olduğu bütün səhmləri satıb.

 

APA TV-nin məlumatına görə, o, "Forbes" jurnalının mart ayında açıqladığı siyahıda sahib olduğu 4,5 milyard dollarlıq sərvəti ilə 324-cü yerdə qərarlaşmışdı.

 

Trampın payçısı olduğu şirkətlər arasında "Boeing" korporasiyası da var. Milyarder burada 100 min dollar məbləğindəki səhmlərin sahibidir.

 

Trampın yaxın ətrafı  yeni seçilmiş prezidentin malik olduğu səhmləri hələ iyun ayında satdığı barədə məlumat verib.

 

Tramp  eyni zamanda maliyyə, neft və digər sahələrdə fəaliyyət göstərən şirkətlərdəki payını da kapitala çevirib.

 

Xatırladaq ki, mövcud qanunlara görə, Ağ Evin yeni rəhbəri 2018-ci ilin may ayına qədər özünün maliyyə vəziyyəti haqqındakı məlumatları ictimailəşdirməlidir.

 

Qeyd edək ki, seçki kampaniyasına 66 milyon dollar xərcləyən milyarderin səhmlərin satışından əldə etdiyi gəlirlə bağlı heç bir məlumat verilmir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR