Astarada mal-qara sürüsünü ELEKTRİK CƏRƏYANI ÖLDÜRDÜ
Astarada elektrik naqillərinin qırılması nəticəsində yerli sakinlərə məxsus mal-qara tələf olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyəku kəndində baş verib. Adəti üzrə yerli sakinlər səhər saatlarında mal-qaranı örüşə yola salıblar. Amma bir neçə saat keçəndən sonra xəbər tutublar ki, mal-qara tələf olub. Hadisə yerinə gələn kənd sakinləri maraqlı bir mənzərə ilə qarşılaşıblar. Məlum olub ki, heyvanlar kənd ərazisində çox aşağıdan çəkilən və qırılıb yerə düşən elektrik naqillərinə toxunaraq tələf olub.
Astaranın Siyəku kəndində elektrik dirəklərinin əksəriyyəti ağac materialındandır və bu dirəklər ötən əsrin 70-ci illərində basdırılıb.
OXŞAR XƏBƏRLƏR
19:44
804
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
829
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1043
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2180
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2154
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1984