Merkel ilk dəfə niqaba qarşı çıxdı
Almaniya kansleri Angela Merkel niqab taxaraq üzün bağlanmasının ölkəsinin mədəniyyətinə uyğun olmadığı deyib.
APA TV-nin məlumatına görə, baş nazir bildirib ki, niqab qanuni yollarla qadağan olunası mümkün hər yerdə qadağan olunmalıdır.
Merkelin gündəmə gətirdiyi qadağa həyata keçirilərsə, bu geyim məktəb, universitet və məhkəmə kimi ictimai yerlərdə yasaqlana bilər. Ancaq çarşab geyinməyin və ya niqab taxmağın tamamilə qadağan olunmasının Almaniya Konstitusiyasına uyğun olmadığı qeyd olunur.
Almaniya daxili işlər naziri Thomas de Maiziere də avqust ayında qismən çarşab yasağı təklif etmiş və niqabın miqrantların Avropaya uyğunlaşması prosesində əngəl olduğunu söyləmişdi.
Qeyd edək ki, Merkel ilk dəfə niqab məsələsində belə bir açıqlama verib. Xanım baş nazir sentyabr ayında qaçqın siyasəti üstündə olduqca ciddi tənqid olunmuşdu.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər