Dollar bahalaşır, avro dəyər itirdi - GÜNÜN VALYUTA MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın dollarının məzənnəsi dekabrın 6-sı ilə müqayisədə bahalaşaraq 1,7369 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8625 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1995 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində azalma baş verib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi bahalaşıb. Hazırda 1000 rus rublu 0,027 manat 10 qəpik, 100 türk lirəsi 50 manat 35 qəpik, 100 gürcü larisi isə 67 manat 85 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər