İndoneziyada güclü zəlzələ: ölənlər var, sunami gözlənilir

İndoneziyanın  Sumatra adası yaxınlığında baş verən zəlzələnəticəsində 18 nəfər ölüb. APA TV-nin Rusiya mətbuatına məlumata xəbərə görə, 6,4 bal gücündə yeraltı təkanlar, əsasən,  Açe əyalətinin Pidicaya rayonunda qeydə alınıb.  

 

Onlarla insanlar hələ də  uçmuş binaların altında qalıb.

 

Hazırda ərazidə xilasetmə tədbirləri görülür. Mürəkkəb relyef xilasetmə əməliyyatının keçirilməsini çətinləşdirir.     

 

Məlumata görə, zəlzələnin episentri Pidicaya rayonunda cəmi 10 km dərinlikdə qeydə alınıb.  

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR