Binəli Yıldırım Kremldə Vladimir Putinlə görüşdü - NƏLƏR DANIŞILDI?

"Türkiyənin baş naziri Binəli Yıldırımın Moskvaya səfəri yüksək səviyyəli görüş üçün əsas olacaq". APA TV-nin məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir PutinTürkiyənin baş naziri Binəli Yıldırımla görüşü zamanı bildirib:

"Sizdən prezidentə səmimi salamlarımı və ən xoş arzularımı çatdırmağı xahiş edirəm.  “Türk axını” layihəsi üzrə sazişimizin ratifikasiyası haqqında qanunu imzaladığına görə minnətdarlığımızı bildiririk".

V. Putin “Türk axını”nın Rusiya və Türkiyənin birgə reallaşdıracağı ən iri layihə olduğunu qeyd edib: “Bizim hazırda birgə görəcəyimiz çox işlər var. Mən hesab edirəm ki,  sizin səfəriniz Türkiyə prezidenti ilə görüşümüz və sammitin yüksək səviyyədə keçirilməsi  üçün əsas yaradacaq” - deyə, Kreml rəhbəri qeyd edib.

Türkiyənin baş naziri rusiyalı həmkarı ilə keçirdiyi görüş və gəlinən qərarlar barədə Vladimir Putini məlumatlandırıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR