Gəncədə rabitəçilərin peşə bayramı qeyd olunub
Azərbaycanda telefon rabitəsinin 135 illik yubileyi münasibətlə Gəncə şəhərində qeyd edilib. APA TV-nin Qərb bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə qurumun rəhbərliyi və kollektivi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, veteran rabitəçilər, şəhər ictimaiyyətinin nümayəndələri və rəsmi qonaqlar iştirak edib.
Yubiley münasibəti ilə təşkil olunan tədbirdə bir qrup rabitəçiyə fəxri adlar təqdim olunub. Nazir Ramin Quluzadə çıxışında bildirib ki, Azərbaycan rabitəsi şərəfli inkişaf yolu keçib. Dünyada ilk telefon aparatı icad ediləndən cəmi 5 il sonra ölkəmizdə telefon xətləri çəkilib. Azərbaycanda telekommunikasiya sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edən nazir ölkə başçısının bu sahəni daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Çıxışdan sonra Azərbaycan rabitəsinin 135 illik inkişaf tarixinə həsr olunan “Yerdən səmaya” filmi tədbir iştirakçılarına nümayiş olunub.
Rabitəçiləri Gəncə sakinləri adından təbrik edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Nazir Ramin Quluzadə Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyinə həsr olunmuş markanın möhürlənməsi mərasimində iştirak edib.
Sonda xatirə fotosu çəkdirilib və tədbir rəsmi ziyafətlə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər