Ağcabədidə maşın traktora çırpıldı

Ağcabədidə traktorla minik avtomobili toqquşub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

 

Elməddin Məmmədov idarə etdiyi 19 BA 242 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn traktorun sürücüsü dönmə əməliyyatını düzgün yerinə yetirməyib və nəticədə qəza baş verib. Avtomobilin çırpıldığı traktorun qoşqusu aşaraq yolun kənarında hasara dəyib.

 

Qəza nəticəsində sürücü Elməddin Məmmədov yaralanaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, avtomobil isə yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR