Qanunsuz ovla məşğul olan Biləsuvar sakini yaxalandı

Biləsuvarda qanunsuz ovla məşğul olan rayon sakini saxlanılıb. Bu barədə APA TV-nin cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) ictimai təhlükəsizlik bölməsinin rəisi, polis baş leytenantı İlqar Novruzov məlumat verib.

 

Onun sözlərinə görə, RPŞ-nin Səmədabad polis bölməsi əməkdaşlarının həyata keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan rayonun Nəsimi kənd sakini Cavid Qasımov saxlanılıb.

 

C.Qasımov Şəhriyar adlanan ərazidə həyata keçirdiyi qanunsuz ov zamanı 13 ədəd adı "Qırmızı Kitab"a düşmüş bəzgək çöl quşu ovlayıb. Araşdırmalardan o da məlum olub ki, saxlanılan şəxsin ov zamanı istifadə etdiyi ov tüfənginin heç bir yerdə qeydiyyatı yoxdur.

 

Bölmə rəisi bildirib ki, ovlanmış çöl quşlarının hər biri üçün 330 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Faktla balı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR