25 ildir atəş altında olan kənd - TAPQARAQOYUNLUDAN REPORTAJ
Bu ilin aprel ayında mənfur erməni qəsbkarlarının burnunun yaxşıca ovulduğu döyüş əməliyyatları zamanı mətinlik nümayiş etdirərək, düşmənin təxribatlarına sinə gərən yaşayış məntəqələrimizdən biri Goranboyun Tapqaraqoyunlu kəndi olub.
APA TV-nin qərb bürosunun xəbərinə görə, 25 ildən çox bir müddət ərzində düşmənin hər cür alçaq təxribatı ilə üzbəüz qalsa da, bir nəfər sakininin belə tərk etmədiyi Tapqaraqoyunlu doğrudan da qəhrəman kənddir.
Ermənilərin uzun müddət işğal altında saxladığı Qarabağın Talış kəndi ilə qarşı mövqedə yerləşdiyindən, məlum aprel döyüşlərinədək bura demək olar ki, hər gün atəş altında olub. Qəhrəman Azərbaycan əsgərinin son əməliyyatlar zamanı düşmən mövqelərini darmadağın etməsi ilə Tapqaraqoyunlu da artıq rahat nəfəs ala bilib. Bu gün kənddə həyatın canlandığı addımbaşı hiss olunur.
Kənddə aprel hadisələri zamanı düşmən mərmilərindən 9 ev tamamilə, 30 ev isə qismən dağılıb. Əməliyyatlardan dərhal sonra kənddə həmin evlər tam bərpa edilib.
Sakinlərinin sayı ildən-ilə artan və hazırda 2500 nəfəri keçən Tapqaraqoyunluda gündəlik həyatı öz axarı ilə davam edir. Məktəblilər oxumaqlarında, böyüklər təsərrüfat işlərindədirlər. Düşmənin burnunun yaxşıca ovulduğunun əyani şahidi olan Tapqaraqoyunlu sakinləri ruh yüksəkliyi ilə yaşayırlar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər