Bakıda "TopAz" ofisini qarət edən şəxs: "Dedim, aparmağa gəlmişəm"
Bakının Nərimanov rayonunda "TopAz" bukmeker ofisini soyub hadisə yerindən qaçan şəxs tutulub. Bu barədə APA TV-yə Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.
Keçirilən əməliyyat tədbiri nəticəsində axtarışda olan Zaqatala rayon sakini İskəndər Hacıbala oğlu Hacıyevin yeri isti izlərlə müəyyən edilib: "Girdim, hədə-qorxu ilə pulları götürüb çıxıb getdim. Girən kimi dedim "Salam əleyküm, aparmağa gəlmişəm". Götürdüm pulları, getdim".
Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Saat 16:00 radələrində Ceyhun Hacıbəyli küçəsində “Şuşa” restoranı ilə üzbəüz yerləşən "TopAz" bukmeker ofisinə gələn İskəndər Hacıbala oğlu Hacıyev kassada oturan şəxsə hədə-qorxu gəlib. Məşədi olduğunu deyən İskəndər şeytanın onun yoldan çıxardığını bildirib. Onun sözlərinə görə, əslində ora milli çempionatda uğursuz çıxış edən "Neftçi"nin son turda olan ev oyununa hesab qoymağa gedib. Lakin birdən ağlına yeni ideya gəlib - soyğunçuluq: "Oturdum oyunlara baxdım, gördüm, yaxşı oyun yoxdur. O qədər uduzmuşam, dedim, bir dəfə də aparım da, nə olacaq. Girəndə gördüm oturub biri, təzə üzdür, tanımıram. Dedim ver, götürüb apardım. Burda nə var bəyəm? Çıxartdı özü verdi, dedi, hardaydın, elə səni gözləyirdim". (gülür)
Oğurlanan 330 manat xərclənib. Nərimanov polisi bu şəxsin analoji cinayətlərdə iştirakını istisna etmir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər