Ağdamda gəlin maşını qəzaya uğradı

Ağdamda gəlin maşını qəza törədib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Səfərli kəndində qeydə alınıb.

 

Ruslan Hüseynov Qabil İbadova məxsus 99 HS 066 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını hasara çırpıb. Daha sonra isə həyətdə olan ev sahibi Quliyev İlhamiz Abbas oğlunu əzib.

 

Yaralı İlhamiz Quliyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır olduğu qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, maşının sahibi Qabil İbadov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR