Qaxda şəhid zabitin medalı oğluna təqdim olundu
Qaxda şəhid zabitin medalı ailəsinə verilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, 2015-ci il dekabrın 5-dən 6-a keçən gecə Tərtər rayonu istiqamətində düşmənin mövqelərimizə basqını zamanı şəhid olan 1988-ci ildə Qax rayonunun Qaxbaşı kəndində doğulan baş leytenant Mollayev Abdulla Molla oğlu medalı 2 yaşlı oğluna təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə şəhidin ailə üzvləri, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasim iştirakçıları ilk öncə rayonun Şəhidlər Xiyabanına gedərək Abdulla Mollayevin qəbrini ziyarət edib, onun ruhuna dualar oxuyub. Daha sonra mərasim iştirakçıları şəhidin il mərasiminə qatılıblar. Mərasimdə çıxış edən Abdulla Qurbanı və digər natiqlər Abdulla Mollayevin hərbi xidmətdə göstərdiyi şücaətlərdən danışıblar. Müdafiə Naziri Zakir Həsənovun əmri ilə şəhid Abdulla Mollayevə ölümündən sonra təltif edilmiş "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı Abdulla Qurbanı tərəfindən şəhidin iki yaşlı oğlu Rəvana təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər