Fransanın daxili işlər naziri baş nazir oldu

Fransanın yeni baş nazirinin adı məlum olub.

 

APA TV-nin məlumatına görə, bu, son günlərədək ölkənin daxili işlər naziri vəzifəsini icra etmiş Bernar Kaznyovdur.

 

Fransua Ollandın sadiq silahdaşlarından sayılan B.Kaznyov 2012-ci ildən etibarən hökumətdə müxtəlif vəzifələr tutub. 2014-cü ildə isə daxili işlər naziri təyin edilib.

 

Paris və Nitsa şəhərlərində törədilən terror aktları da onun daxili işlər orqanlarına rəhbərliyi dövrünə təsadüf edir.

Qeyd edək ki, sabiq baş nazir Manuel Vals 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək məqsədilə istefa verib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR