Bakıda daha bir kikboksinq klubu istifadəyə verildi
Bakıda Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə daha bir idman klubu istifadəyə verilib.
APA TV-nin xəbərinə görə, millət vəkili Adil Əliyevin iştirakı ilə baş tutan açılış mərasiminə idman ictimaiyyətinin nümayəndələri, dünya və Avropa çempionları qatılıb.
"Baxmayaraq ki, Azərbaycanda və dünyada olimpiya növləri daha çox inkişaf edib, kikboksinq heç bir idman növündən geridə qalan idman növü deyil. Bu gün bu zalın açılışı da onu göstərir ki, Azərbaycanda kikboksinq idman növü çox yayılıb, Azərbaycanda bu idman növünə tələbat var. Kikboksinq idman və döyüş növüdür. Hər bir Azərbaycan övladı idmanın bu növü ilə məşğul olmaqla həm özünü, həm ailəsini, həm də dövlətini qorumaqla məşğul olur" - deyə Adil Əliyev qeyd edib.
Anar Səfərov 2015-ci ildə Konfu sando üzrə dünya çempionu titulunu qazanıb, bir sıra beynəlxalq turnirlərin mükafatçısıdır. O, eyni zamanda yeni açılan klubun da məşqçisidir: "Məqsədimiz gənclərimizi pis vərdişlərdən yayındırmaq, onlarda idmana həvəs oyatmaqdır. Kikboksinq idman növü ölkəmizdə inkişaf edir. Bu kimi klublar həm paytaxtda, həm də bölgələrimizdə fəaliyyət göstərir. Baxmayaraq ki, klubumuz yenidir, amma 40-a yaxın tələbəm var. Məqsədimiz Azərbaycan bayrağını gələcəkdə dünya və Avropa çempionatlarında zirvələrə qaldırmaq və himnimizi səsləndirməkdir".
"Strong man" idman klubunda 5 yaşlı uşaqlardan 50 yaşa kimi idmançılar məşq edə bilər" deyən Anar Səfərov qeyd edib ki, klubda az təminatlı ailələrin uşaqlarına güzəştlər də nəzərdə tutulur: "İmkansız ailələrə tamamilə pulsuzdur. Hazırda eyni zamanda 3 fiziki qüsurlu tələbəm də var. Onlara da həmçinin klubumuzda məşq etmək pulsuzdur. Şəhid övladlarına və hər iki valideynini itirmiş uşaqlara da klubda məşq etmək üçün hər cür şərait yaradılıb və bundan sonra da yaradılacaq".
Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, 22 qat dünya çempionu, 15 qat Azərbaycan çempionu, dəfələrlə peşəkar turnirlərin qalibi Eduard Məmmədov da açılış mərasiminə qatılmışdı: "Azərbaycan gəncliyinə tövsiyəm odur ki, idmana həmişə maraqlı olsunlar. İdman sağlamlıqdır, uğurdur. Möhkəm olsunlar, güclü olsunlar".
Sağlam bədənə sağlam ruh diləyi ilə...
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər