Rusiya və Çin Hələbdə atəşkəs elanına dair qətnaməyə veto qoydu - QALMAQAL
Çin və Rusiya Suriya ordusunun geniş miqyaslı əməliyyat keçirdiyi Hələb şəhərinə humanitar yardımların çatdırılması üçün bir həftəlik atəşkəs elan olunmasını nəzərdə tutan qətnaməyə veto qoyub.
APA TV-nin məlumatına görə, qətnamə İspaniya, Misir və Yeni Zelandiya tərəfindən təqdim olunub. Rusiya qətnaməyə veto qoyulmasını müzakirələr üçün əlavə 24 saata ehtiyac olması ilə əsaslandırıb. ABŞ isə Rusiyanın bu mövqeyini əsassız bəhanə adlandırıb və bildirib ki, Moskvanın əsas məqsədi Suriya ordusunun müxaliflər üzərində üstünlüyünü qorumaqdır.
Rusiyanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi Vitali Şurkin isə deyib ki, tərəflər atəşkəsdən daha çox mövqeləri gücləndirmək və silah toplamaq üçün istifadə edirlər. Səfir səsvermənin bu gün Cenevrədə ABŞ və Rusiya diplomatları arasında Suriya müzakirələrindən sonra keçirilməsini təklif edib. Fransa təmsilçisi də Moskvanı Hələbi ələ keçirmək naminə humanitar böhranı nəzərə almamaqda suşlayıb. Britaniyanın BMT-dəki daimi təmsilçisi də Kremli Hələbdə məsum insanların həyatları ilə oynamaqda günahlandırıb.
Səsvermə zamanı Venesuela qətnamənin əleyhinə səs verib, Anqola isə bitərəf qalıb.
Qeyd edək ki, bu, son beş ildə Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriyayaya dair qətnamələrə qoyduğu altıncı vetodur.
Dünəndən başlayaraq Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Hələbin şərqində müxalifləri mövqelərinə doğru irəliləməkdə davam edir. Rəsmi açıqlamaya görə, Suriya ordusu Hələbdə müxaliflərin nəzarətində olan ərazilərin 70 faizini ələ keçirib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər