Neft sürətlə bahalaşdı və qiymətlər stabilləşdi

Birjalarda neftin qiyməti rekord həddə bahalaşdıqdan sonra yenidən stabilləşməyə başlayıb. Gün ərzində “Brent” markalı neftin bir barelinin maksimum qiyməti 55,26 dollar olub, səhər seanslarında qiymətlər 54,52 dollara enib. Qərbi Texas nefti də 16 aylıq maksimumu yenilədikdən sonra ucuzlaşmağa başlayıb. Axşam saatlarında bir bareli 52,33 dollardan satılan WTİ nefti səhər keçirilən hərraclarda 51,31 dollardan təklif olunur.

 

Neftin qiymətlərinə həftə sonu Vyanada OPEK üzvləri, Moskvada isə kartelə üzv olmayan neft ölkələri arasında danışıqların nəticələri təsir göstərəcək. Əgər hər iki görüşdə razılaşma əldə olunarsa, dünya bazarına çıxarılan neftinin təxminən 70 faizinə sahib ölkələr gündəlik hasilatı 2 milyon barelədək azaldacaqlar. Bundan başqa bu gün ABŞ-ın neft ehtiyatlarına dair həftəlik qeyri-rəsmi hesabat açıqlanacaq, sabah isə rəsmi rəqəmlər açıqlanmalıdır. Hər iki hesabat birjalarda neftin qiymətinə təsir göstərən əsas amillər hesab olunur.    

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR