Dəm qazı faciəsi: gənc dayıoğlu-bibioğlu boğularaq öldü
Zaqatalada fərdi yaşayış evində iki gəncin meyiti tapılıb. Onların yaxın qohum olduğu və dəm qazından boğularaq öldüyü məlum olub.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin yerli bürosuna verilən məlumata görə, dekabrın 5-i saat 19:40 radələrində Təcili Tibbi Yardım Stansiyasına rayonun Yuxarı Tala kəndində evdə iki nəfərin boğulması bərədə çağırış daxil olub.
Hadisə yerinə gedən həkim briqadası evdə Rövşən Sədi oğlu Mustafayev və Məhəmməd Akif oğlu Abdullayevin meyitlərini aşkar ediblər. Meyitlər müayinə üçün Zaqatala MRX-nın morquna təhvil verilib.
Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Yuxarı Tala kəndində tapılan və üzərində heç bir zorakılıq əlamətləri olmayan meyitlərin Zaqatala rayon sakinlərinə məxsus olduğu və onların dayıoğlu-bibioğlu olduqları məlum olub. 1995-ci il təvəllüdlü Məhəmməd Akif oğlu Abdullayev Zaqatala şəhərində, 1993-cü il təvəllüdlü Rövşən Sədi oğlu Mustafayev isə Yuxarı Tala kəndində, hadisənin baş verdiyi ünvanda qeydiyyatda olub. Hadisə baş verən zaman Məhəmməd və Rövşən evdə tək olublar. Aparılan araşdırma və müayinə zamanı məlum olub ki, onlar dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər