Özbəkistanın yeni prezidenti seçkinin nəticələrini tərəfdarları ilə izlədi

Özbəkistandakı prezident seçkilərinin qalibi Şövkət Mirziyoyev səslərin 88,61 faizini qazanmasının üzərinə böyük məsuliyyət qoyduğunu bəyan edib.

 

APA TV-nin xəbərinə görə, dekabrın 4-də keçirilən seçkilərdə qələbə qazanan siyasətçi namizədliyini irəli sürən Liberal Demokrat Partiyasının qərargahında tərəfdarları ilə bir araya gəlib.

 

Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələrinə dair açıqlamasını tərəfdarları ilə birlikdə izləyən Şövkət Mirziyoyev qalib gəldiyi rəsmən açıqlandıqdan sonra Özbəkistan xalqına təşəkkür edib.

 

Şövkət Mirziyoyev prezident kürsüsünü xalqa xidmət etmək üçün bir imtahan, fürsət kimi dəyərləndirib. O, xalqına və plkəsinə xidmət üçün əlindən gələni edəcəyini bildirib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR