Üzvləri təyyarə qəzasında ölən komanda qitə çempionu oldu

Braziliyanın “Şapekoense” klubu futbol üzrə Cənubi Afrika kubokunun qalibi elan edilib. APA TV-nin məlumatına görə, bu barədə qərarı Cənubi Afrika Futbol Konfederasiyası qəbul edib.

 

“Şapekoense” klubunun Cənubi Afrika kubokunun finalındakı rəqibi - Kolumbiyanın “Atletiko Nasional” komandası mükafatdan imtina edib. Komandalar titul uğrunda iki oyun keçirməli idilər. İlk qarşılaşmanın dekabrın 1-də Kolumbiyanın Medelin şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin “Şapekoense”nin oyunçularını aparan təyyarə qəzaya uğradı.

 

Boliviya hava yolları şirkətinə məxsus təyyarədə 81 nəfər, o cümlədən 22 futbolçu olub. Futbolçulardan cəmi 3-ü, ümumilikdə isə 6 nəfər sağ qalıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR