Hələbdə Rusiyanın hospitalı bombalandı: ölənlər var

Suriyanın Hələb şəhərində Rusiya Müdafiə Nazirliyinə məxsus mobil hospital artilleriya atəşinə tutulub.

 

APA TV-nin məlumatına görə, mərminin hospitalın qəbul şöbəsində düşməsi nəticəsində rusiyalı iki hərbi-tibb işçisi ölüb, bir həkim isə ağır yaralanıb. Həkim yoxlamasına gələn yerli sakinlər də yaralanıblar.

 

Rusiyanın Müdafiə Nazirliyi beynəlxalq təşkilatlardan Hələbin mülki əhalisinə xidmət edən rusiyalı tibb işçilərinin öldürülməsini qəti şəkildə pisləməyi tələb edib. Moskva hospitala hücuma görə Suriya müxalifətini günahlandırıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR