Nazir Kəmaləddin Heydərov Serbiyanın daxili işlər naziri ilə görüşüb
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dekabrın 5-də Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA TV-nin xəbərinə görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib.
Nazir fövqəladə halların idarə edilməsi sahəsində Azərbaycanla Serbiyanın uyğun qurumları arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu və bu imkanlardan faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviç fövqəladə hallarla mübarizə sahəsində Serbiyanın aidiyyəti qurumlarının Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ikitərəfli əlaqələrin geniş potensialının mövcud əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradacağına əminliyini ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər