Şəkidə ev yandı
Şəkidə fərdi yaşayış evi yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, bu gün səhər saat 07:08 radələrində Şəki şəhərinin Bəxtiyar Məmmədov küçəsində İxtiyar Abduləli oğlu Məmmədrəhimova məxsus, ümumi sahəsi 153 kv. m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü və iki otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
374
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
359
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
360
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2013
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2136
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2105