Özbəkistanın yeni prezidenti məlum oldu

Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş prezident seçkilərinin nəticəsini açıqlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeni prezidenti baş nazir Şövkət Mirziyeyev olub. O, 88,61 faiz səs toplayıb. Seçkilərdə seçici fəallığı 86,62 faiz təşkil edib.

 

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Prezidentin səlahiyyətlərini baş nazir Şövkət Mirziyeyev icra edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR