Neftin qiyməti 55 dolları keçdi - SON 1 İLDƏ İLK DƏFƏ

Neftin qiyməti 2015-ci ildən ilk dəfə olaraq 55 dolları keçib. APA TV-nin məlumatına görə, "Brent" markalı neft 2015-ci ilin 24 iyul tarixindən bu yana ilk dəfə olaraq 55,06 dollara təklif olunur. Bu göstərici öncəki ticarət günündən sonra 1,36 faizlik artım deməkdir.


Eyni zamanda WTI markalı neftin qiymətində də göstərilən dövrdən sonra 52,14 dollardan bir qədər yüksəliş qeydə alınıb.
 

Bu arada, OPEK üzvü olmayan ölkələr arasında keçiriləcək görüşün vaxtı məlum olub. Təşkilatın baş katibi Məhəmməd Barkindonun sözlərinə görə, sözü gedən toplantı 10 dekabr tarixində Vyanada keçiriləcək.

 

Eyni zamanda, M. Barkindo rəhbərlik etdiyi qurumun dünya bazarlarındakı vəziyyətdə sabitləşmə tendensiyalarının müşahidə olunduğunu bildirib.


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR