Səlim Müslümov: "Ünvanlı sosial yardım alan ailələrin sayı 18 min nəfər artacaq"
"Aztəminatlı ailələrin kommunal tariflərin artmasından üzləşə biləcəyi zərəri dövlət kompensasiya etməyə çalışacaq". APA TV-nin məlumatına görə, bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, Tarif Şurasının kommunal sahədəki tariflərin indeksləşdirilməsi ilə bağlı qərarı öncə nazirliyin mütəxəssisləri ilə müzakirə olunub. Bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şura qarşısında bu məsələyə baxılması zamanı aztəminatlı ailələrin ehtiyacının nəzərə alınması tələbini irəli sürüb.
Səlim Müslümovun sözlərinə görə, hazırda növbəti ilin dövlət büdcəsində nəzərdə tutulan ehtiyac meyarı məbləğinin 105 manatdan 116 manatadək artırılması məsələsi parlamentdə müzakirə olunur: "Təkcə bu tədbir nəticəsində ünvanlı sosial yardım alan ailələrin sayı, hesablamalarımıza görə, 18000 nəfərə yaxın artacaq. Eləcə də hər bir ailənin aldığı vəsaitin həcmi artacaq. Bu isə dörd nəfərlik ailədə vəsaitin 44 manat artması deməkdir. Biz bu yolla həmin ailələrin tariflərin artmasından çəkə biləcəyi zərəri kompensasiya etməyə çalışacağıq".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər