Zaqatalada tibb bacısı qonşusu tərəfindən vəhşicəsinə döyüldü

Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin yerli bürosuna verilən məlumata görə, dekabrın 4-də saat 10:30 radələrində Zaqatala şəhəri “Kür-Araz” adlanan yaşayış massivində yaşayan 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Bir uşaq anası olan və Zaqatala Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində tibb bacısı işləyən X.Muradovanın qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyüldüyü məlum olub.

 

Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisə səhər saatlarında X.Muradovanın yaşadığı ünvanda baş verib. Onun qonşuluğunda yaşayan və uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələ ki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək, ona ağır bədən xəsarətləri yetirib və hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR