Yağış, sulu qar, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 0-3, gündüz 3-5, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü küləkli və rütubətli hava şəraiti əksər insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3 isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Dekabrın 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yolların buz bağlama ehtimalı var.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər