Avropa Komissiyasının rəhbərlərindən birinin qızını öldürən şəxs tutuldu
Almaniyada 19 yaşlı tələbə qızı zorlayaraq öldürən şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, tibb fakültəsində oxuyan Maria Ladenburger oktyabrın 16-da qatıldığı tələbə ziyafətindən sonra hücuma məruz qalaraq öldürülüb.
Alman polisinin axtarışı nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı əfqan gənc saxlanılıb. Adı açıqlanmayan şübhəli Almaniyaya 2015-ci ildə gələn bir milyon qaçqından biridir.
Təcavüzə uğrayan gənc qız Drayzam (Dreisam) çayında boğularaq can verib. "Bild" qəzeti hadisə yerində tapılan Maria Ladenburgerə aid bir şalın üzərində əfqan qaçqına aid DNT-yə rast gəlindiyini yazıb.
Təhlükəsizlik kameralarını izləyən polis şübhəlini yaxalamağa nail olub. Polislər indi Marianın əfqan gənclə əvvəldən tanış olub-olmadığını araşdırır.
Keçən il ölkəyə Almaniyaya gələn əfqan gənc yetkinlik yaşa çatmadığına görə bir alman ailənin himayəsinə verilibmiş. O, gələn il mühakimə olunacaq.
Avropa Komissiyasının yüksək çinli məmuru olan Klemens Ladenburgerin qızı olan Maria qaçqınlar mərkəzində könüllü kimi çalışırmış.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər