Zaqatalada bank filialı yandı

"Kapital Bank"ın Zaqatala rayon filialında yanğın baş verib.

 

APA TV-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 9.40 radələrində ümumi sahəsi 600 kv. m olan “Kapital Bank”ın Zaqatala rayon filialında yanğın qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində filialın inzibati binasının ikinci mərtəbəsində ümumi sahəsi 8 kv. m olan iş otağında soyuducu, divan və elektrik çayniki yanıb.

 

Yanğın zamanı xəsarət alan olmasa da, iş bir günlük dayanıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR