Xalq "yox" dedi, İtaliya baş naziri istefa verdi

İtaliyada gərgin bir kampaniyadan sonra xalq konstitusiyaya dəyişikliklərlə bağlı səs verib və  buna "yox" deyib. APA TV-nin məlumatına görə, ölkənin baş naziri Matteo Renzi isə bu nəticədən sora istefa verdiyini açıqlayıb.

Keçirdiyi mətbuat konfransında Renzi hələ ki, əhalinin təxminən 60 faizinin dəyişikliyin əleyhinə səs verdiyini açıqlayıb. Özünün və hökumətin təqdim etdiyi konstitusiyaya dəyişikliyi qəbul etdirə bilmədiyini deyən Renzi, prezidentə istefa ərizəsini təqdim edəcəyini açıqlayıb.
 

Seçkilərin nəticəsi avronun da qiymətinə təsir edib və Avropa valyutası ucuzlaşıb. Avro son 20 ayda ən aşağı səviyyəyə enib.


Qeyd edək ki, səsverməyə çıxarılan dəyişikliklər İtaliya siyasi sistemində dəyişikliyi, eyni zamanda senatın səlahiyyətinin və sayının azaldılmasını nəzərdə tuturdu. Renzi ölkənin xərclərinin azaldılması məqsədi ilə bu təklifi verdiklərini açıqlamışdı.

Təklif olunan layihəyə qarşı demək olar ki, ölkənin bütün müxalifət partiyaları qarşı çıxırdı. Müxalifət bu dəyişikliyin hökumətə həddindən artıq çox səlahiyyət verdiyini bildirmişdi. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR