Con Kerri: "İsrail təhlükəli hərəkətlər edir"

"İsrail təhlükəli bir istiqamətə tərəf irəliləyir". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin katibi Con Kerri çıxış edib.

Kerri İsrail hökumətinin Fələstin torpaqlarında yeni yaşayış yerlərinin inşa etməsini tərəflər arasında sülhün əldə olunmasına ciddi maneə törədəcəyini iddia edib: "Netanyahu bu addımın sülh danışıqlarına əngəl olmayacağını deyir. Özümüzü aldatmamalıyıq. Görməzlikdən gəlib, effekti olmayacaq deməklə deyil, effekti olacaq. Mən bu addımın münaqişənin ana qaynağı olduğunu da söyləmirəm. Amma bu da maneədir".

İsrail-Fələstin münaqişəsinin sadəcə adı çəkilən tərəflərin problemi olmadığını deyən diplomat, İsraillə ərəb dünyası arasında münasibətlərin də arzuolunmaz səviyyədə olmasını bununla əlaqələndirib. Kerri deyib ki, İsrail Fələstinlə əlaqələrini düzəltməyincə ərəb ölkələri ilə münasibətlərində inkişafa nail ola bilməyəcək.

ABŞ rəsmisi bildirib ki, bununla bağlı ölkəsi Təl-Əvivə dəfələrlə xəbərdarlıq edib.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR