Tramp Çinə sataşdı: “Bizdən icazə almısınız?”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin hərbi və iqtisadi siyasətini kəskin tənqid edib. APA TV-nin məlumatına görə, Tramp bu barədə özünün "Twitter" səhifəsində yazıb.

 

"Çin Amerika kampaniyalarına rəqabətdə çətinlik yaradan yuanın devalvasiya siyasətini həyata keçirəndə bizdən icazə alıb? Onlar bizim mallarımıza yüksək vergilər də tətbiq edirlər, bu barədə bizdən nə isə soruşublar? Bəlkə Cənubi Çin dənizində böyük hərbi kompleksin inşasına başlayanda bizimlə məsləhətləşiblər? Məncə, bunların heç biri baş verməyib", - deyə o, qeyd edib.

 

Xatırladaq ki, Donald Tramp prezident seçkilərində qələbəsindən sonra dekabrın 3-də ilk beynəlxalq qalmaqala imza atıb. O, Tayvan prezidenti Tsay İnvenə zəng edib. Rəsmi Çin isə Tayvanın müstəqilliyini tanımır və onu öz ərazisi hesab edir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR