Neftin qiyməti 51 dollardan aşağı düşmür
Dünya birjalarında neftin qiyməti 54 dollar ətrafında sabitləşir.
APA TV-nin xəbərinə görə, “Brent” nefti həftənin ilk seansına 54,43 dollardan başlasa da, sonrakı seanslarda bu qiymət 53,95 dollara enib.
Qərbi Texas neftinin nefti də son həftələrin ən yüksək qiymətini qoruyur. İlk seansda 51,62 dollardan təklif olunan WTİ nefti səhər saatlarına yaxın 46 sent ucuzlaşıb.
Üç gün ard-arda neftin 51 dollardan yuxarı olması OPEK-in hasilatı azaltmaq barədə qərarına reaksiya olsa da, qiymətlər gözlənilən həddə yüksəlməyib. Səbəblər çoxdur - həm kartel üzvlərinin razılaşmaya necə əməl edəcəyi ilə bağlı gözləntilər var, həm də hesab olunur ki, ABŞ bazarda azalan təklifi şist nefti hesabına dolduracaq. Bu səbəbdən bazar iştirakçıları ABŞ-ın neft ehtiyatlarının həcminə dair sabah açıqlanacaq ilk qeyri-rəsmi hesabatı gözləməyə üstünlük verirlər. Ehtiyatların azalması bu həftə qiymətlərin bahalaşmasına təsir göstərə biləcək əsas amil hesab olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər