Dollar dəyişmədi, avro və rubl ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi dekabrın 2-si ilə müqayisədə dəyişməyərək 1,7339 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8297 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1859 manatdır. Beləliklə, funt sterlinq artım nümayiş etdirib.


Rusiya rublunun və Türkiyə lirəsinin məzənnəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rus rublu 27 manat, 100 türk lirəsi 49 manat 04 qəpik, 100 gürcü larisi isə 68 manat 08 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR