Gəncədə 49 yaşlı qadın hamamda öldü

Gəncədə  49 yaşlı qadın hamamda ölüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin E. Qurbanov küçəsində ev 17-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Flora Haçıyeva hamamda ölüb. Qadının dəm qazından boğularaq öldüyü ehtimal olunur. Ancaq ölümün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq. 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR