Xaçmazda ağır qəza: 2 ölü, 2 yaralı
Xaçmazda ağır yol qəzası baş verib. APA TV-nin Şimal bürosunun məlumatına görə, yol nəqliyyat hadisəsi Gəndob-Yalama yolunun 29-cu km-də baş verib.
40 BE 882 dövlət nömrə nişanlı “VAZ 2106” və 99 KF 374 dövlət nömrə nişanlı “VAZ-21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlər Xaçmaz rayonunun Müşkür kənd sakini, Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, 1964-cü il təvəllüdlü mayor Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğludur.
Qəza zamanı həmçinin Masallı rayonu Ərkivan kəndinin sakinləri - 1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər