İran parlamenti ABŞ-a embarqo tətbiq etdi
İran parlamenti ABŞ istehsalı olan geniş çeşidli məhsulların ölkəyə idxalına qadağa tətbiq edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, rəsmi Tehran bu addımı ilə İrana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresin hər iki palatasında qəbuluna, eləcə də ABŞ tərəfindən İranın nüvə proqramına dair saziş müddəalarının pozulmasına cavab verib.
Müvafiq qanun layihəsi İran parlamentində səsə qoyularaq, yekdilliklə qəbul edilib.
Xatırladaq ki, 1 dekabr tarixində ABŞ Konqresi İrana qarşı tətbiq olunan məhdudiyyətlərin daha 10 il qüvvədə qalmasına qərar verib. Qəbul olunan sənəd eyni zamanda ABŞ prezidentinə ballistik raketlərin layihələndirilməsində iştirak edən şəxslərə də qarşı müəyyən qadağaların tətbiqi hüququnu verir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər