Zaqatalada 6 otaqlı ev yandı

Zaqatalada fərdi yaşayış evində yanğın olub. APA TV-nin yerli bürosunun məlumatına görə, dekabrın 4-ü  saat 12 radələrində rayonun Car kəndində Abubəkir Ömər oğlu Ömərova məxsus, ümumi sahəsi 240 kv. m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evində yanğın baş verib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı evin dam örtüyü yanaraq yararsız hala düşüb, yanğının ikinci və birinci mərtəbədə olan otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR